|
İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Udineze” klubunun yeni baş məşqçisi müəyyənləşib. 
Bu vəzifə Massimo Oddoya tapşırılıb. O, bu postda daha əvvəl istefaya göndərilən Luici Del Nerini əvəzləyib. 

12 turdan sonra “Udineze” A seriyasında 14-cü yeri tutur ki, bu nəticə də rəhbərliyin ürəyincə deyil. Bu səbəbdən də 67 yaşlı mütəxəssis Oddo ilə əvəzlənib. 

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü son 2 ildə “Peskara”nın baş məşqçisi olub