|
Nigeriyada məscidi partlatdılar

Nigeriyanın şimal-şərqindəki Mubi şəhərində məsciddə partlayış törədilib. Trend-in məlumatına görə, hadisə nəticəsində azı 30 nəfər həlak olub.

Qeyd olunur ki, partlayış intiharçı-terrorçu tərəfindən törədilib.

Hadisə ilə bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

İnsidentlə bağlı polis araşdırmalara başlayıb.