|
"Hər Səhər" bu gün-

"Space" telekanalında yayımlanan "Hər səhər" verlişinin bugünki buraxılışı maraqlı anlarla yadda qalıb. Verlişin qonağı müğənni Nadir Bayramlı olub. Həm Əkbər, həm də tamaşaçılar müğənnini sual yağışına tutublar. Nadir Bayramlı maraqlı açıqlamalar verib: "Üç övladım var. İki oğlan, bir qızdır. Ortancıl oğlum mənim sənətimi davam etdirir".

Tamaşaçıları maraqlandıran suallardan biri sənətçinin şuxluğu olub: "Yaşımla bağlı suallar həmişə verilir. Dekabrın 26-da 55 yaşım olacaq".

Müğənni bildirib ki, 13 yaşından sənətdədir: "Sənətə öz istəyimlə gəlmişəm. Öz gücümə təkbaşıma istəklərimə nail olmuşam. İlk dəfə nağara ifa edərək başlamışam. Beş il davam etdirmişəm. Daha sonra səsimin olduğunu kəşf etdim və oxumağa başladım".

N.Bayramlı Əkbərin xahişi ilə nağara ifa edib.

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar

Cia.az