|
Adriana Lima gedir
18 yaşından “Victoria’s secret”də işləyən Adriana Lima təqaüdə çıxır.
36 yaşlı 2 uşaq anası bu il Çində keçirilən “Victoria’s secret” şousunda sonuncu dəfə səhnəyə çıxacaq.

Qeyd edək ki, Lima 2009-cu ildə basketbolçu Marko Jarik ilə ailə qurub. Cütlüyün 2 övladı var. Onlar 2014-cü ildə ayrılıb. Model hazırda türkiyəli yazar Metin Hara ilə eşq yaşayır.