|
“Həll yollarını axtarmaq lazımdır” –

"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu, asan məsələ deyil: “Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir”.

XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.