|
Avtobus uçuruma düşdü: 14 ölü

Kolumbiyanın şimal-qərbində, Atlantiko departamentində avtobus uçuruma düşüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 14 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Avtobusda neçə sərnişinin qaldığı bilinmir.

Axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyata vertolyot da cəlb olunub