|
Pakistanda ağır yol qəzası:

Pakistanın cənubunda, Sind vilayətinin Hayrpur şəhərində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, yük maşını qarşısındakı avtobusu ötmək istəyərkən aşıb.

Polis yük avtomobilinin sürücüsünün idarəetməni itirdiyini təsdiqləyib. Hadisə nəticəsində ən azı 17 nəfər ölüb.

Xəstəxanaya yerləşdirilən yaralılardan 2-nin vəziyyəti ağırdır.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.