|
Mərakeşdə humanitar yardım paylanan yerdə basabas olub:

Mərakeşin Es-Suveyra şəhərinin yaxınlığında humanitar yardım paylanan yerdə basabas baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, basabas nəticəsində azı 15 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Məlumata əsasən, həlak olanların və yaralananların əksəriyyəti qadın olub.