|
Məşhur cütlük küçədə belə görüntüləndi

Müğənni Castin Timberleyk və xanımı Cessika Bil ötən gecə Hollivud küçəsində görüntülənib.
Cütlük restoranlardan birində romantik şam yeməyi yeyib.

Çıxışda kameraları görən Castin əsəbiləşsə də, Cessika buna əhəmiyyət verməyib.

Qeyd edək ki, Timberleyk və Bil 2012-ci ilin oktyabrında İtaliyada ailə qurub. 5 illiklərini ötən ay edən cütlüyün 2015-ci ildə Saylas adlı bir oğlu dünyaya gəlib.