|
Bakıda gənc qızı avtomobil vurub

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə 1989-cu il təvəllüdlü Mahmudova Nərgiz Anar qızı Tusi küçəsində yolu keçərkən baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.