|
Bərdədə daha bir zəlzələ baş verib

Azərbaycan ərazisində növbəti yeraltı təkanlar qeydə alınıb.

“Report” AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, 16 noyabr tarixində saat 20:43-də Bərdədən 8 km cənub-qərbdə zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 24 km dərinlikdə 3,5 maqnituda olub.