|
XİN: Azərbaycan Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır

Azərbaycan Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə qarşılıqlı fəaliyyət göstərir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll yollarınını tapılması üçün tərəflərə kömək göstərməkdə davam edir.

M.Zaxarova qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.