İqtisadiyyat Nazirliyi ictimaiyyətin ehtiyaclarının və tələblərinin müəyyən olunması məqsədi ilə KİV nümayəndələri arasında sorğu keçirir.
Bu barədə Trend-ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bu sorğu “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 11.6-cı bəndinin və iqtisadiyyat nazirinin 12 iyun 2017-ci il tarixli “İstanbul Fəaliyyət Planının 3-cü Monitorinq Raundu çərçivəsində Azərbaycan ilə bağlı qəbul edilmiş hesabatda aidiyyəti tövsiyələrin icrası haqqında” əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 3-cü bəndinə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı ictimaiyyətin ehtiyaclarının və tələblərinin müəyyən olunması məqsədi ilə KİV nümayəndələri arasında keçirilir.
Sorğunun nəticələrindən yalnız İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə yeni hədəflərin müəyyən olunması üçün istifadə edilməsi nəzərdə tutulur və kənar şəxslər tərəfindən başqa məqsədlər üçün istifadə oluna bilməz.
