|
Zəlzələ nəticəsində Tərtərdə 3 ev zədələnib

Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev zədələnib.

Bu barədə Trend-ə Tərtər rayon icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi uçub, 6 evə isə ziyan dəyib: "Hələlik dəqiqləşdirmələr aparılır. Ziyan dəyən evlərin sayı arta bilər".