Avstraliyalı müğənni və aktrisa Rubi Rouz mükafatlandırma mərasimlərindən birinə qatılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, get-gedə çəki atan Rubi "Çox arıqsan, gec olmadan yeməyinə fikir ver" deyənlərin cavabını da verib.

31 yaşlı aktrisa onu vegeterian adlandıranlara hər şey yediyini və belə daha sağlam olduğunu söyləyib:

"Əvvəllər indikinə nisbətən daha kök idim. Amma onda tez-tez xəstələnirdim. İndi isə ildə bir dəfə. Mən hər şey yeyirəm. Dieta saxlamıram. Hərənin bir cür vücudu var, mənimki də belədir. Özünüzü olduğunuz kimi sevin, heç kimə qulaq asmayın". 



CiA.AZ