Dünya şöhrətli gürcü rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi “Mariya Kallas – Dərs” tamaşası Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın nümayişi Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrı kollektivinin ölkəmizə qastrol səfəri çərçivəsində reallaşacaq. Tamaşa bu gün və sabah saat 19:00-da teatrsevərlərə təqdim olunacaq.
Səhnə əsərini izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
