|
CBC TV-yə yeni baş direktor təyin edilib

CBC telekanalına yeni baş direktor təyin edilib. APA-nın xəbərinə görə, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

 

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı APA-ya təsdiqləyib.

 

Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, "SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.  

 

Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.