|
“Əli və Nino” filmi Monteneqro kanalında

Noyabrın 12-də “Əli və Nino” filmi Monteneqronun İctimai Radio və Televiziya Şirkətinin birinci kanalında (RTCG1) bu ölkənin dilində subtitrlərlə nümayiş etdirilib.

Cia.az AzərTac-a istinadən xəbər verir ki, filmin Monteneqroda premyerası Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi, Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə bu il mayında 4-də keçirilib. 
Böyük marağa səbəb olduğundan film, həmçinin televiziya kanalında da nümayiş etdirilib. İl ərzində filmin daha bir neçə dəfə göstərilməsi nəzərdə tutulur.

Cia.az