Ötən ay 51 yaşlı həyat yoldaşı İv Mavrakislə 22 illik evliliyə son qoyan 46 yaşlı aktyor Evan MakQreqor yeni sevgilisi ilə görüntülənib.
Evan eşq yaşadığı “Fargo” serialındakı tərəf müqabili, 32 yaşlı Meri Elizabet Uinstedlə Kaliforniyada küçədə paparazzilərə tuş gəlib.
Eyni üslubda geyinən cütlük əl-ələ teatra gedib. Sevgili olduqlarını heç kimdən gizlətməyən MakQreqor və Elizabet xoşbəxt görünüblər.
Qeyd edək ki, Meri bu yaxınlarda 7 illik əri Riley Stearnsdən ayrılıb. Cütlüyün övladı yoxdur.
Evan və İvin isə 22 illik nikahından 4 övladı var.

