|
Türkiyədən Telman İsmayılovla bağlı xəbər gəldi

Rusiyanın Türkiyədəki səfirliyi keçmiş milyarder, iş adamı Telam İsmayılovla bağlı heç bir məlumatının olmadığını açıqlayıb.

Bu barədə Ankaradakı rus səfirliyinin press-ataşşesi İrina Kasumova deyib.

 

“Səfirlik bununla bağlı konkret informasiyaya malik deyil”.

 

Bundan öncə, bəzi rus KİV-ləri İsmayılovun məhz Türkiyədə olduğunu yazmışdı. Azərbaycan əsilli milyarder Rusiya Baş Prokurorluğu tərəfindən 2 nəfərin qətlini sifariş verməkdə ittiham olunur.