|
Qəbul məntəqələrinə 173 min tondan artıq pambıq təhvil verilib

Ölkə üzrə bu günə qədər 173 min 846,71 ton pambıq tədarük edilib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 11-12 noyabr tarixlərində qəbul məntəqələrinə 1275,26 ton pambıq təhvil verilib.

13.11.2017-ci il tarixə pambıq tədarükünə dair operativ məlumat