Bakıda dəhşətli intihar hadisəsi baş verib. Şamaxı rayon sakini, 1995-ci il təvəllüdlü Kərimova Xalidə Elşən qızı özünü Nizami rayonu Qara Qarayev prospekti 25/17 ünvanındakı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Report-un verdiyi məlumata görə, X.Kərimova bir neçə gün bundan əvvəl Bakı şəhər sakini tərəfindən ailə qurmaq məqsədi ilə qaçırılıb.
