|
İtaliya millisində baş məşqçi dəyişikliyi?

İtaliya milli komandasında tezliklə baş məşqçi dəyişikliyi ola bilər. 

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, “Skuadra Adzurra” dünya çempionatına yollansa belə, baş məşqçi Campyero Venturanın istefaya göndəriləcəyi gözlənilir. 

İtaliya Futbol Federasiyası avqustda 69 yaşlı mütəxəssislə müqaviləni 2020-ci ilin yayına qədər yeniləyib. Lakin millinin son zamanlar uğursuz çıxışı narazılıqla qarşılanır ki, bu səbəbdən də Venturanın tezliklə vəzifəsindən uzaqlaşdırılacağı ehtimal edilir.

Artıq Venturanın yerinə gələ biləcək 3 məşqçinin adı məlumdur. Bunlar Karlo Ançelotti, Antonio Konte və gənclər yığmasının çalışdırıcısı Luici di Byaccodu. 

Xatırladaq ki, İtaliya millisi DÇ-2018-in pley-off mərhələsindəki ilk görüşündə səfərdə İsveçə 0:1 hesabı ilə uduzub