|
İsveçrə yığması futbol üzrə DÇ-2018-ə vəsiqə qazanıb

İsveçrə yığması futbol üzrə 2018-ci il Dünya çempionatına vəsiqə uğrunda keçirilən iki "play-off" matçının yekununda Şimali İrlandiyaya qalib gəlib.

“Report” xəbər verir ki, Bazeldə keçirilən cavab qarşılaşması 0:0 hesablı heç-heçə ilə başa çatıb. Birinci görüşdə isveçrəlilər 1:0 hesabı ilə qalib gəliblər.

 

Beləliklə, İsveçrə iki oyunun nəticəsinə görə, Rusiyada təşkil olunacaq Dünya çempionatına vəsiqə qazanıb.