|
30 kiloqram arıqlayıb tanınmaz hala düşdü

Müğənni və aktrisa Emel Müftüoğlu ticarət mərkəzlərindən birində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, yeni görünüşü ilə diqqət çəkib.

30 kiloqram arıqlayan Emel özünü indi daha rahat hiss etdiyini bildirib:

“Ötən il mədəkiçiltmə əməliyyatı etdirdim. 30 kiloqram arıqlayaraq 50 kiloqrama düşmüşəm. İndi daha sağlamam və özümü rahat hiss edirəm”.