|
Sinemdən sonra Kənana da böyük şok

Baş rolda aktyor Kənan İmırzalıoğlunun oynadığı “Mehmed: Bir Cihan Fatihi” serialı ilk bölümdən reytinq qurbanı olub.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanal D-də yayımlanan ekran işinin çəkilişlərinə təxminən 2 milyon lirə (1 miyon AZN) xərclənib.

İlin ən bahalı serialı hesab olunan “Mehmed: Bir Cihan Fatihi”in bu cür nəticə göstərməsi ekran işini çəkən şirkəti çox əsəbiləşdirib. İstehsal şirkəti rejissor Altan Dönmezlə dava edib və onun yerinə Cevdet Mercan gətirilib. 

Xatırladaq ki, K.İmırzalıoğlunun xanımı Sinem Kobalın bu yaxınlarda efirə gedən  “Yüz yüze serialı da istənilən nəticəni verməmişdi. Ekran işi 2 bölümdən sonra yayımdan qaldırılmışdı.