|
Sevgilisi ilə yaşadığı villanı ilk dəfə göstərdi

Müğənni Bengü 5 ildir sevgili olduğu iş adamı Selim Selimoğlu ilə yaşadığı villanın qapılarını media üçün açıb.
Cütlüyün 8 milyon lirəyə (təxminən 4 milyon AZN) aldığı evin dizaynını memar Ezgin Özmen verib.
“Bu villanı görər-görməz “Bax, bu mənim xəyalını qurduğum evdir” dedim. Ən çox vaxt keçirdiyim otaq romantik qoxulu yataq otağımdır. İncəsənəti sevdiyimə görə evin bütün divarları rəsm əsərləri ilə doludur”,- deyə Bengü evi göstərərkən söyləyib.

Qeyd edək ki, Büngü ilə S.Selimoğlu yaxın zamanlarda ailə quracaq.