|
ABŞ-da silahlı insident: 7 yaralı

ABŞ-da növbəti dəfə silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İndiana ştatının Qeri şəhərində qeydə alınıb.

Məlumata görə, gecə klubunda baş verən atışma nəticəsində 4 kişi və 3 qadın yaralanıb.

Məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs saxlanılıb.