|
Yaponiyada helikopter qəzaya uğradı - 4 ölü

Yaponiyanın Qumma prefekturasında yük helikopteri qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində göyərtədə olan 4 nəfər həlak olub.

Helikopter yerə çırpıldıqdan sonra yanmağa başlayır. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.