|
“Suso qeyri-adi istedaddır, amma Dibala deyil”

“Milan”ın müdafiəçisi Leonardo Bonuççi komanda yoldaşı Suso ilə “Yuventus”lu Paulo Dibalanı müqayisə edib. 
Təcrübəli müdafiəçi indiki deyil, sabiq komanda yoldaşının daha güclü təsir bağışladığını vurğulayıb: 
“Suso bizim üçün çox vacib futbolçudur. O, həm də hücumda, həm də müdafiədə effektiv təsir bağışlayır. Suso qeyri-adi istedaddır. Amma Dibala deyil. 
Düşünürəm ki, Paulo ondan güclüdür. O, beynəlxalq arenada vacib oyunlarda özünü yaxşı tərəfdən göstərib. Suso üzərində dayanmadan çalışmalıdır”