|
Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı

Müğənni Britni Spirsin çəkdiyi rəsm əsəri 10 min dollara satılıb.
İfaçı güllərdən ibarət rəsmini Las-Veqasda təşkil olunan sərgiyə göndərib.

"Vegas cares" ("Veqas qayğıya qalır") adlı xeyriyyə məqsədli sərgidən yığılan pullar şəhərdə baş vermiş terrorda həlak olan və yaralıların ailələlərinə göndərilib.

Xatırladaq ki, ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində oktybarın 3-də silahlı insident baş verib. Stiven Peddok adlı şəxsin törətdiyi hadisə nəticəsində ölənlərin sayı 59, yaralılar isə 515 nəfər olub.