Rusiyanın ən varlı aktyorlarından biri sayılan Sergey Bezrukov ailəsi ilə birgə "Romeo və Culyetta" tamaşasına baxmağa gedib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı aktyor ilk dəfə övladlarını kamera qarşısına çıxarıb.
Belə ki, aktrisa İrina Bezrukova ilə nikahdan dünyaya gələn İvan və Anastasiyanı Sergey heç vaxt göstərmək istəməyib.
Qeyd edək ki, Bezrukovun hazırda evli olduğu Anna Matisdən də yaş yarımlıq bir qızı var.
Xatırladaq ki, "Forbes" jurnalı ötən il Rusiyanın ən varlı aktyorlarının adlarını açıqlayıb. Sergey 0,6 milyon dollar gəlirlə siyahıda 6-cı yerdə olub.

