|
Bakıda avtomobil 2 qadının üstündən keçdi -

Bakıda avtomobil yolu keçməyə çalışan qadınları vurub. Hadisə Xəzər rayonunun Buzovna qəsəbəsindən keçən Zuğulba prospektində baş verib. "Mercedes" markalı, 99 FB 223 dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkərdə olarkən 60-65 yaşlı iki qadını vurub. Onlardan biri hadisə yerində ölüb, digəri xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Cia.az