|
İtaliya klubunda yeni baş məşqçi

İtaliya A seriyası təmsilçisi "Cenoa"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə David Ballardini təyin edilib. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, D.Ballardini bundan əvvəl 2010-2011 və 2013-cü illərdə "Cenoa"nı çalışdırıb