Xəbər verdiyimiz kimi, 25 yaşlı aktrisa Keyt Apton 34 yaşlı beysbolçu Castin Verlanderə ərə gedib.
İtaliyada gizli baş tutan məclisdən fotolar sosial şəbəkədə yayılıb.
Toyda ancaq cütlüyün yaxın dostları, qohumları iştirak ediblər.
Qeyd edək ki, cütlük 2014-cü ildə tanış olub, 2016-cı ildə isə nişanlanıb.


