|
Kiyevdə futbol azarkeşləri arasında kütləvi dava baş verib

Ukraynanın paytaxtı Kiyevdə futbol azarkeşləri arasında kütləvi dava baş verib.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, hadisə yerinə polislər cəlb olunub və futbol azarkeşləri qaçmağa başlayıblar.

Məlumata əsasən, polislər azı 30 nəfəri saxlayıblar. Xəsarət alanlar barədə məlumat verilmir.