Səudiyyə Ərəbistanında şahzadə və ölkənin yüksək vəzifəli məmurlarını aparan helikopter qəzaya uğrayıb.
Bu haqda Səudiyyə dövlət televiziyası xəbər yayıb.
Məlumata görə, vertolyotda olan şahzadə Mənsur bin Mukrin, Asir bölgəsinin Əmir müavini, Əmir bin Mansour Moqaran və bölgə prokurorlarından ibarət qrupun hamısı qəza nəticəsində həyatlarını itiriblər.
***
Qəza nəticəsində şahzadə və 8 yüksək rütbəli dövlət məmuru həlak olub.
Hadisə ilə bağlı hələ ki ətraflı məlumat verilməyib.
***
Vertolyotun qalıqları artıq tapılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma başladıb.

Şahzadə Mənsur bin Mukrin
