Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı bölgələrdə” layihəsi çərçivəsində səyyar sərgi keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi noyabrın 6-da Salyan, 7-də Neftçala, 8-də Biləsuvar və 9-da Sabirabad rayonlarında təşkil ediləcək. Səfər çərçivəsində uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Ələddin Əsədov, Aygün Bünyadzadə və Reyhan Yusifqızının oxucularla görüşü də nəzərdə tutulur
