|
“Kösem”in aktrisası: "Əməliyyat etdirməmişəm"

“Muhteşem Yüzyıl Kösem” serialında “Hümaşah Sultan” obrazını canlandıran məşhur aktrisa Vildan Atasever dərgilərdən birinə müsahibə verib.
Aktrisa heç vaxt bıçaq altına uzanmadığını bildirib:

“İdmanla məşğul olmaq bədənimə və beynimə yaxşı təsir edir. Bir həkimim var, dərimlə bağlı onun yanına gedirəm. Dəriyə qulluq mütləqdir. Bu, həm bir qadın olaraq, həm də sənətimlə bağlı vacibdir. Amma əməliyyat etdirməmişəm. Əvvəllər məni necə görüblərsə, indi də eləyəm”.