İordaniya məhkəməsi "Müsəlman Qardaşları" qrupunun nüfuzlu rəsmisini Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) sərt tənqid etdiyinə görə 18 ay müddətinə azadlıqdan məhrum edib.
ANS PRESS-in məlumatına görə, məhkəmə Zaki Bani Rşeydi xarici ölkə ilə münasibətləri gərginləşdirməyə cəhddə günahkar bilib. İttihamlar Rşeydin sosial şəbəkədə BƏƏ-nin bəzi İslamçı qrupları terror təşkilatı kimi tanımağı nəzərdən keçirdiyinə dair şərhi ilə bağlıydı.
Qeyd edək ki, İordaniya BƏƏ-nin yaxın siyasi müttəfiqidir.
İordaniya monarxlığı illərdir siyasi dialoqu davam etdirsə də, qonşu ölkələrdə on illərdir "Müsəlman Qardaşları" qrupunun fəaliyyəti qadağan edilib. Bu qrup ölkədə ən böyük müxalif partiyadır.
