|
El Klassikonun vaxtı açıqlandı

Mövsümün ilk El Klassikosunun vaxtı açıqlanıb. 
La Liqanın 17-ci turu çərçivəsində keçiriləcək “Real” - “Barselona” görüşü dekabrın 23-də oynanılacaq.

“Santyaqo Bernabeu”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək. 

Qeyd edək ki, 10 turdan sonra “Barselona” 28 xalla çempionatın lideridir. “Real” isə əzəli rəqibindən 8 xal geri qalmaqla turnir cədvəlində üçüncüdür.