|
Zakir Həsənov Anjey Kaspşiklə cəbhədəki vəziyyətdən danşdı

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyindən Cia.az-a verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyəti, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.