|
Həmsədrlərlə görüşün vaxtı və yeri AÇIQLANDI

Azərbaycan XİN rəhbərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü noyabrın 16-da gözlənilir.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan monteneqrolu həmkarı Srcan Darmanoviçlə birgə mətbuat konfransı zamanı jurnalistlərə deyib.

Xarici işlər nazirinin sözlərinə görə, görüşün Moskvada keçirilməsi nəzərdə tutulub.