“Turan” İnformasiya Agentliyi haqda vergidən yayınma ilə bağlı qaldırılan cinayət işi dayandırılıb.
Bu barədə agentliyin direktoru Mehman Əliyev bildirib.
Onun sözlərinə görə, noyabrın 2-də Baş prokurorun müavini Rüstəm Usubovun qəbulunda olub. Orada R.Usubov “Turan”ın vergidən yayınma ilə bağlı qaldırılan cinayət işinin xətm olunduğu barədə qərar M.Əliyevə təqdim olunub.
M.Əliyev bildirib ki, indi Vergilər Nazirliyindən “Turan”ın 27 min manat vergidən yayınma və 10 min manat cərimələnməsi barədəki qərarın ləğvini gözləyirlər.
