|
Türkiyə ordusu 8 şəhid verdi

Türkiyə ordusu 8 hərbçisini itirib.

Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Hakkarinin Şemdinli ilçəsində İraqdan ölkə ərazisinə daxil olmağa çalışan PKK dəstələri ilə döyüş zamanı baş verib.

Hadisə zamanı 4 PKK döyüşçüsünün də öldürüldüyü bildirilir. Ərazidə helikopterlərin iştirakı ilə əməliyyat aparılır.