|
"Mançester Siti"dən Qvardiolaya yeni müqavilə

"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu yaxın vaxtlarda təcrübəli mütəxəssislə 2019-cu ilin iyununda başa çatacaq müqavilənin uzadılmasını təklif edəcək. Xəbərdə hər iki tərəfin əməkdaşlığı davam etdirməyə müsbət baxdığı bildirilib.

Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqada ilk pillədə qərarlaşıb