Milli Məclisin keçmiş deputatı Nizami Quliyev vəfat edib.
Bu barədə "Bizim Yol" qəzetinin baş redaktoru, N. Quliyevin dostu Bahəddin Həziyev məlumat verib.
Qeyd edək ki, N. Quliyev 1956-cı ildə Gədəbəy rayonunda doğulub. İki çağırış Milli Məclisin deputatı olub. Uzun illər AXCP-nin rəhbər orqanlarında təmsil olunub. Daha sonra isə AXCP-dən istefa verərək Aydınlar Partiyasına keçib.
Allah rəhmət eləsin!
