|
Tunisdə polisə hücum -

Tunisin paytaxtı Tunis şəhərində bıçaqla silahlanmış şəxs polislərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

Hücum edən şəxs bir polis məmurunu boynundan, digərini alnından yaralayıb.

Qısa müddət sonra o, saxlanılıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib.