|
Azərbaycanda partiya sədri həbs edildi

Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib.

 

“Report”un xəbərinə görə, M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.

 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktı M.Tükənovun ailəsi təsdiqləyib.