|
Cəbrayılda faciəvi hadisə: ölən var

Cəbrayıl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Biləsuvar rayonu ərazisində salınmış və Cəbrayıl rayonunun tabeliyinə verilmiş məcburi köçkün qəsəbəsində 34 yaşlı kişi ehtiyatsızlıqdan traktorun altında qalıb. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır